Modern.az

Əli Əhmədov: “Kampaniya zamanı sosial şəbəkələrdən yararlanacağıq”

Əli Əhmədov: “Kampaniya zamanı sosial şəbəkələrdən yararlanacağıq”

Təhsil

16 Sentyabr 2013, 17:39



“Partiyamız təbliğat-təşviqat kampaniyasına ciddi yanaşır. YAP-ın prezident seçkisində istinad etdiyi əsas resurs Azərbaycan seçicisinin səsidir”.  Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, partiyanın icra katibi, millət vəkili Əli Əhmədov bildirib. Onun sözlərinə görə prezident  İlham Əliyevin  ölkəyə rəhbərlik etdiyi on il ərzində böyük irəliləyişlər olub.
“Gələcək fəaliyyətimiz də on illik təcrübəyə əsaslanacaq”-deyə Ə.Əhmədov vurğulayıb. YAP rəsmisi deyib ki, prezident İlham Əliyevin seçki kampaniyasında çoxlu şəxs iştirak etmək istəyir. “Hər bir namizədə böyük hörmətlə yanaşılır. Bizim seçki şüarımız “İlhamla irəlidir”. Seçki kampaniyasında yeni texnologiyalardan istifadə edəcəyik. Sosial şəbəkələr və internetin imkanlarından yararlanacağıq”-deyə YAP funksioneri qeyd edib.

  Vüqar İsmayılov    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı