Təhsil naziri Mikayıl Cabbarov Bilik günü münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı internat məktəbdə olub. Modern.az xəbər verir ki, nazir öncə təhsil müəssisəsi ilə tanış olub. Məktəbdə təlim-tərbiyə alan uşaqlara göstərilən xidmətlərlə maraqlanan nazir uşaqlarla birlikdə nahar edib, onların arzu və istəklərini dinləyib.
İnternat məktəbində dövlət himayəsi altında yaşayan 159 şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər pedaqoji işçinin məşğul olduğu nazirə bildirilib. Sonra nazir məktəbin VIII və IX siniflərində vətənpərvərlik mövzusuna həsr olunmuş dərsi tədris edib. Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr olunub.