Modern.az

Rövnəq Abdullayev: “Sənədsiz evlərlə bağlı yaxın vaxtlarda hökumətin qərarı olacaq” - AÇIQLAMA

Rövnəq Abdullayev: “Sənədsiz evlərlə bağlı yaxın vaxtlarda hökumətin qərarı olacaq” - AÇIQLAMA

Təhsil

16 Sentyabr 2013, 18:35

“Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan yararsız torpaq sahələrinin icra hakimiyyətlərinin balansına verilməsi üçün sənədlər hazırlanır”. Bunu Modern.az saytına açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. O, bildirib ki, ARDNŞ-nin balansında olan neft üçün yararsız torpaq sahələrinin icra hakimiyyətlərinin balansına verilməsi üçün bütün müraciətlər və analizlər olunub. ARDNŞ prezidentinin sözlərinə görə, həmin ərazilərin kosmosdan şəkli çəkilib.

“ARDNŞ-yə məxsus torpaqlarda tikilmiş bütün evlərin hər il, hər aya olan vəziyyəti öyrənilib. Heç kim deyə bilməz ki, həmin evləri bir ay tez, bir ay gec tikib. Bütün bunlar hazırlanır, hökumətə təqdim edilir. Yəqin ki, tez bir zamanda qərar veriləcək. Məsələ normal, ədalətlə həll olunacaq. Bir də baxırsan ki, mətbutda kiminsə evinın sökülməsi ilə bağlı xəbərlər gedir. Belə bir şey yoxdur. Böyük söküntü işləri aparılmır. Heç kim deyə bilməz ki, kiminsə evi sökülür. Heç kimin tikilmiş evi sökülmür. Yalnız yeni tikililərə icazə verilmir. Gedin baxın,  görün yeni tikilmiş bir ev varmı? Amma nədənsə bunu qabardırlar ki, filan evi yıxdılar. Bunu bir də vurğulayıram ki, kim ki, neft mədənləri olan ərazidə ev tikmək istəyirsə, tikməsin. Yenə də qeyd edirəm ki, heç kimin tikilmiş evi sökülmür. Həmin məlumatları yayanlar ara qızışdırırlar".

R.Abdullayev deyib ki, icazəsiz evlərin sənədləşməsi ilə bağlı yaxın zamanlarda hökumətin qərarı olacaq.

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı