Bu gün – 20 sentyabr Azərbaycanda Neftçilər günü kimi qeyd olunur. Modern.az Dövlət Sosial Müdafiə Fonduna istinadən bildirir ki, Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 370 manat təşkil edir. Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 26 min nəfərdən artıqdır.
“Ölkəmizdə neftçilərin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunub və dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.