Modern.az

2014-cü ilin büdcə göstəriciləri açıqlandı - gəlirlər və xərclər

2014-cü ilin büdcə göstəriciləri açıqlandı - gəlirlər və xərclər

Təhsil

7 Oktyabr 2013, 16:45

2014-cü ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, nominal ifadədə 18384,0 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 34,3 faizini təşkil etməklə 20063,0 mln. manat həcmində proqnozlaşdırılır.
Bu barədə Modern.az saytına Maliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bilidirilib ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, nominal ifadədə 18384,0 mln. manat proqnozlaşdırılır ki, bu da, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 1102,5 mln. manat və ya 6,4 faiz çoxdur.

Qeyd edək ki, 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri Nazirlər Kabinetində baxıldıqdan sonra Prezident Administrasiyasına göndərilib.

Maliyyə Nazirliyinin məlumatına görə, «Büdcə sistemi haqqında» Qanuna uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetirilib.

Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı