Modern.az

Universitetdən dəm qazından zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

Universitetdən dəm qazından zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

Təhsil

22 Fevral 2024, 10:48

Şəkidə altı tələbə dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələridir.
 

Modern.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ilə əlaqə saxlayıb. 


Universitetdən saytımıza açıqlamada bildirilib ki, hazırda filialın əməkdaşları tələbələrlə görüşdədirlər:


“6 nəfər tələbə dəm qazından zəhərlənib. Onlardan 2 nəfəri hazırda dərsdədirlər. Digər 4 nəfər tələbə isə ev şəraitində müalicə alırlar. Onların həyati təhlükələri yoxdur. Filialın əməkdaşları tələbələrlə görüş üçün onların evinə gediblər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu