Modern.az

Saakyan: “Qarabağa Gömrük İttifaqına üzvlük təklif etsələr, qərar verərik” - AÇIQLAMA

Saakyan: “Qarabağa Gömrük İttifaqına üzvlük təklif etsələr, qərar verərik” - AÇIQLAMA

Təhsil

22 Oktyabr 2013, 11:27

“Özünün “tanınmamış” statusuna görə Qarabağ Gömrük İttifaqına daxil ola bilməz”.  Modern.az bildirir ki, bu sözləri Dağlıq Qarabağa gəlmiş rus jurnalistləri ilə görüşündə separatçı rejimin rəhbəri Bako Saakyan deyib.

Lakin qondarma qurumun rəhbəri əlavə edib ki, bu barədə rəsmi müraciət olarsa,  müzakirəsi mümkündür. “Dağlıq Qarabağa Gömrük İttifaqına daxil olmağı təklif etsələr, biz bu barədə müzakirə aparıb qərar verə bilərdik”. 

O, Ermənistanın Gömrük İttifaqına daxil olmasını dəstəkləyib və bu qərarı Rusiya ilə əməkdaşlıqda növbəti addım adlandırıb. “Təəccüblü heç nə baş verməyib. Hesab edirəm ki, sənədin imzalanmasından həm Ermənstan, həm də Rusiya qazanacaq. Biz bunu alqışlayırıq”-deyə B.Saakayan vurğulayıb. 

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışan B.Saakyan ATƏT-in Minsk Qrupunun həmsdərlərinin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. “Həmsədrlərin səyləri nəticəsində bu gün Qarabağda sülh yaranıb”-deyə Saakayan vurğulayıb.

“Biz vasitəçilərin səylərinə hörmətlə yanaşırıq. Amma münaqişənin həll olunması üçün Dağlıq Qarabağ danışıqlarda bərabərhüquqlu tərəf kimi iştirak etməlidir”-deyə B.Saakayan sərsəm açıqlama verib.  

Rus jurnalistlərinin “niyə Ermənistan Dağlıq Qarabağı rəsmən tanımır” sualına B.Saakayanın cavabı qarmaqarışıq olub. Separatçı rəhbər deyib ki, Ermənistan və Dağlıq Qarabağ bu gün birgə səy göstərərək, Qarabağın beynəlxalq müstəvidə tanınması üçün çalışır. “Ermənistanın Qarabağı tanıması populist addım olardı”-deyə B.Saakayan bildirib.   

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı