Modern.az

Qənirə Paşayeva: “Rusiya bizi viza ilə qorxudur”

Qənirə Paşayeva: “Rusiya bizi viza ilə qorxudur”

Təhsil

22 Oktyabr 2013, 12:58


“Orxan Zeynalov hadisəsi ətrafında Rusiyanın bəzi siyasətçilərinin, KİV-lərinin bir milləti hədəfə alan şousu Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, orada yaşayan insanların həyatında mənfi izini qoyur”. Modern.az bildirir ki, bu sözləri Milli Məclisin bu günkü iclasında deputat Qənirə Paşayeva deyib. Onun sözlərinə görə,  parlament dostluq qrupu məsələ ilə bağlı Rusiyalı həmkarlarla görüş keçirməlidir.

“İndi Rusiya da viza rejiminin tətbiqindən danışır. Azərbaycanı bu kimi məsələlərə qorxutmaq, təzyiq göstərmək olmayacaq. Azərbaycan müstəqil dövlətdir. Bu yalnız iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək”-deyə Q.Paşayeva vurğulayıb.  

Aytən Əliyeva
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı