Modern.az

Ekologiya Nazirliyindən sabahın hava PROQNOZU

Ekologiya Nazirliyindən sabahın hava PROQNOZU

Təhsil

28 Oktyabr 2013, 12:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə,  Bakıda və Abşeron yarımadasında 
oktyabrın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 9-12, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda oktyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. 

  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı