Modern.az

Sərdar Cəlaloğlu müxalifətə tövsiyə etdi: “Növbəti seçkilərə hazırlaşmaq lazımdır”

Sərdar Cəlaloğlu müxalifətə tövsiyə etdi: “Növbəti seçkilərə hazırlaşmaq lazımdır”

Təhsil

5 Noyabr 2013, 15:13

 “Azərbaycan müxalifəti vəzifələrini müəyyənləşdirməlidir. Həmin vəzifələrə uyğun yeni konfiqurasiyalar ortalığa qoymalıdır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, müxalifət növbəti seçkilərə hazırlaşmalıdır:
“Cəmiyyətə yeni mesajlar verilməlidir. Qarşıdan gələn seçkilərə daha da fundamental şəkildə hazırlaşmalıdırlar. Hesab edirəm ki, bələdiyyə və parlament seçkilərinə indidən start verilsə, daha doğru olar”.

ADP sədri iqtidarla müxalifətin dialoqunun vacib olduğunu vurğulayıb: “İqtidarla mütləq dialoqa getmək lazımdır. Bu istiqamətdə də səylər davam etdirilməlidir. Biz də partiyada koalision bir ideyanı gündəmdə saxlayırıq. Əgər hökumət bu layihəyə müsbət yanaşsa, bu istiqamətdə addımlar atmaq daha uğurlu olacaq”.  

İlkin PİRƏLİ
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı