Modern.az

Azərbaycanı "Uşaq Eurovision-2013"-də təmsil edəcək 10 yaşlı məktəbli

Azərbaycanı "Uşaq Eurovision-2013"-də təmsil edəcək 10 yaşlı məktəbli

Təhsil

7 Noyabr 2013, 00:46


Noyabrın 30-da Kiyevdə “Uşaq Eurovision-2013” (“Junior Eurovision-2013”) mahnı müsabiqəsi keçiriləcək.
Yarışma özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran “Yaradıcı ol” (“Be Creative) devizi altında keçiriləcək.
AzərTAc xəbər verir ki, Ukraynanın Milli Teleradio Şirkəti iştirakçı ölkələrin siyahısını açıqlayıb.
Müsabiqədə 12 ölkə təmsil olunacaq: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.
Azərbaycanı “Uşaq Eurovision-2013” mahnı müsabiqəsində R.Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin şagirdi Rüstəm Kərimov təmsil edəcək.
Müsabiqədə Rüstəm Kərimov “Mən və mənim gitaram” mahnısını ifa edəcək.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...