Modern.az

Sabahın hava proqnozu verildi

Sabahın hava proqnozu verildi

Təhsil

9 Noyabr 2013, 13:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə noyabrın 10-da gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı