Modern.az

Prezidentlər münaqişənin sülhlə həll prosesini aktivləşdirmək barədə razılığa gəliblər

Prezidentlər münaqişənin sülhlə həll prosesini aktivləşdirmək barədə razılığa gəliblər

Təhsil

19 Noyabr 2013, 20:33

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini aktivləşdirmək barədə razılığa gəliblər.

ATƏT-in rəsmi saytında yayılan məlumata görə, bu təşkilatın Minsk qrupunun bəyanatında səsləndirilib.

Bəyanatda bildirilir ki, prezidentlər münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa yönəldilmiş gələcək danışıqlara təkan vermək barədə razılığa gəlib və xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə sülh prosesinin intensivləşdirilməsi üçün daha əvvəl görülənlər əsasında işi davam etdirməyi tapşırıblar.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...