Modern.az

Bakı sakini liftdə qalıb öldü

Bakı sakini liftdə qalıb öldü

Education

13 Dekabr 2013, 23:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1985-ci il təvəllüdlü Hacıyev Ceyhun Malik oğlu  şaxtanın divarı ilə lift kabinəsi arasında sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi liftin şaxtasından çıxarılmasını təmin ediblər. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı C. Hacıyevin vəfat etdiyi müəyyən edilib. Cəsəd aidiyyəti üzrə təhvil verilib. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı