Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın 15 dekabrda keçirdiyi aksiya ilə bağlı məlumat yayıb. BŞBPİ-nin rəsmi məlumatında bildirilir:
“Dekabrın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 14.00-dan 15.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, KXCP, El Hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 700 (yeddi yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib”.
Modern.az