Modern.az

Bakıda 30-a yaxın ev yandı

Bakıda 30-a yaxın ev yandı

Təhsil

25 Dekabr 2013, 09:01

Bakı Humanitar Kollecinin yataqxanasının qarşısında mәcburi köçkünlәrin inşa etdiyi taxta evlәrdә yanğın baş verib.

APA-nın məlumatına görə, əraziyә çoxlu sayda yanğınsöndürmә vә tәcili tibbi yardım briqadası cәlb edilib. Yanğın nəticəsində mәcburi köçkünlərin taxtadan inşa etdiyi 30-dək ev yanıb. 
Yanğına elektrik xәtlәrindә qısaqapanmanın sәbәb olduğu ehtimal edilir.

Yanğın nəticəsində yüngül xəsarət almış bir neçə şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib. 

 

 

 

 

 

 

 

 

 

 Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!