Modern.az

Bakıda təqsirləndirilən şəxs qolundakı qandalı qıraraq qaçıb

Bakıda təqsirləndirilən şəxs qolundakı qandalı qıraraq qaçıb

Təhsil

26 Dekabr 2013, 12:01

Bakıda təqsirləndirilən şəxs polis idarəsindən qaçıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qaçan şəxs oğurluq törətməkdə təqsirli bilinərək tutulan, 1994-cü il təvəllüdlü İbrahim Nadir oğlu Məmmədlidir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçıb. 

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

***

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Məmmədli bir saat əvvəl Nərimanov rayonu Dərnəgül qəsəbəsində saxlanılıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...