Modern.az

Prezident universitet rektorunu işdən çıxarıb

Prezident universitet rektorunu işdən çıxarıb

Təhsil

26 Dekabr 2013, 15:30

Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev işdən çıxarılıb. Modern.az saytının xəbərinə görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

“
Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.
Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib. Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir”-deyə Təhsil Nazirliyi bəyan edib.

Qeyd edək ki, Yadigar Əliyev bu ilin fevralında Gəncə Dövlət Universitetinin rektoru vəzifəsinə gətirilmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər