Modern.az

“El” Müsavatla bağlı qərarsızdır

“El” Müsavatla bağlı qərarsızdır

Təhsil

29 Dekabr 2013, 14:39


“Hələ ki toplantı keçirilməyib. Amma fikrimiz var idi, ayın sonuna qədər keçirək”. Bunu Modern.az-a “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O qeyd edib ki, toplantı növbəti ildə keçirilə bilər: “Ehtimal var ki, ayın sonunda keçirilsin. Amma işlərimizi yekunlaşdıra bilməsək, toplantını keçirməyəcəyik. Yəqin ki, o zaman iclas növbəti ildə keçiriləcək”.

E. Quliyev qeyd edib ki, Müsavatın təklifi ilə bağlı İdarə Heyətinin toplantısında qərar qəbul ediləcək: “Qəbul olunacaq qərarla bağlı nəsə deyə bilmərəm. İndidən müsbət və ya mənfi cavab veriləcəyini deyə bilmərəm”.

Qeyd edək ki, dekabrın 19-da Müsavat Partiyası və “El” Hərəkatının rəhbərləri arasında görüş keçirilib. Görüşdə Müsavatın nümayəndələri “El”ə əməkdaşlıq sazişi imzalamaq təklif edib. Hərəkat isə hələki bununla bağlı qərar verməyib.

 

 

  İlkin PİRƏLİ  
Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər