Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olunub. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun Modern.az saytına verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslər bu modellərdən olan mobil telefonlarını girişdə mühafizəçilərə təhvil verəcək, binanı tərk edəndə isə geri götürəcəklər.
Bu qadağa Milli Məclisə daxil olan hər kəsə, o cümlədən deputatlara və jurnalistlərə də şamil olunacaq.
Milli Məclis rəhbərliyinin bu addımına artıq qarşı tərəfdən - deputatlardan reaksiya gəlib. Modern.az-ın məlumatına görə, millət vəkili Etibar Hüseynov bu qadağaya özünəməxsus yumorla cavab verib.
”Elan: Yaxşı vəziyyətdə olan “Ayfon” telefonlar təcili olaraq satılır. İmza MM-in deputatları”-deyə Etibar Hüseynov sosial şəbəkədəki səhifəsində qeyd edib.
A.Qorxmaz