İraq hökuməti vətəndaşlarına vizanı Bakıda verilməsini istəyir 
“Bağdadla Bakı arasında birbaşa hava reysinin açılmasıyla bağlı danışıqlar başa çatıb və yaxın günlərdə hər iki ölkənin vətəndaşları qarşılıqlı səfərlərdən istifadə edə biləcəklər”.
Modern.az xəbər verir ki, İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydar Al-Barrak jurnalistlərlə söhbətində bilidirib ki, həftədə 4 gün təyyarə reysləri nəzərdə tutulub ki, İraq tərəfi də Azərbaycana səfər üçün vətəndaşlarına Heydər Əliyev Hava Limanında viza verilməsini istəyir.
İraq prezidenti Cəlal Tələbaninin səhhətinə toxunan səfirin sözlərinə görə, Tələbaninin səhhəti yaxşıdır və həkimlərin tövsiyyəsi ilə hazırda istirahət edir.
O, həmçinin İraq hökumətiylə Kürdüstan vilayəti rəsmiləri arasında neft uğrunda gedən narazılıqlara toxunaraq, qeyd edib ki, İraqın təbii sərvətlərinin, o cümlədən neftin şəffaf istiqamətdə bölüşdürülməsi ilə bağlı ölkənin Kürdüstan vilayətinin yüksək rütbəli nümayəndələri hazırda Bağdadda rəsmi görüşlər keçirir.
Modern.az