Modern.az

Azərbaycan UNESKO ilə saziş imzalandı

Azərbaycan UNESKO ilə saziş imzalandı

Təhsil

25 Yanvar 2014, 12:31


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində UNESKO-nun Baş Qərargahında təşkilatın Baş Direktoru İrina Bokova ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a-ə verilən məlumata görə, görüşdə Azərbaycan-UNESKO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
E.Məmmədyarov ölkəmizin UNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

İrina Bokova Azərbaycanın UNESKO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirərək, ölkəmizin UNESKO-nun qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu qeyd edib. O, UNESKO ilə əlaqələrimizin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulayıb.

Görüş əsnasında Elmar Məmmədyarov və UNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən Azərbaycan Respublikası və UNESKO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalanıb.

Saziş Azərbaycanın gənc mütəxəssislərinin UNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı