Modern.az

Yanukoviç Kiyevin rəhbərini dəyişdi

Yanukoviç Kiyevin rəhbərini dəyişdi

Təhsil

25 Yanvar 2014, 13:46


Ukrayna prezidenti Viktor Yanukoviç Kiyev şəhər dövlət administrasiyasının rəhbəri Aleksandr Popovun yerinə Regionlar Patiyasından Radaya deputat seçilən Vladimir Makeenkonu təyin edib. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Popov ötən il dekabrın ortalarında Avropa meydanındakı etirazçıların güc tətbiqi nəticəsində dağıdılmasına cavabdeh şəxslərdən biri kimi vəzifəsindən kənarlaşdırılıb. Onunla birgə Ukrayna Milli təhlükəsizlik və müdafiə Şurası katibinin müavini Vladimir Sivkoviç də vəzifəsindən çıxarılmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!