
Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Xuan Mata “Mançester Yunayted”ə keçidi ilə müqaviləyə razılaşıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, futbolçu komandanın düşərgəsinə tibbi müayinədən keçdikdən sonra qoşulacaq. Bu transferin maliyyə şərtləri açıqlanmır. Bununla belə “Mançester Yunayted”in saytındakı məlumata görə, bu, klub üçün rekord məbləğ olacaq. Bundan əvvəl isə mətbuatda Matanın transferi ilə bağlı 37 milyon funt-sterlinq (61,1 milyon dollar) rəqəmi haqda məlumat verilib. İspaniyalı futbolçu yeni klubu ilə dörd il yarım müddətinə müqavilə imzalayacaq. Onun həftəlik gəliri 150 min funt sterlinq (250 min dollar) olacaq.
Xuan Mata “Çelsi”yə 2011-ci ildə İspaniyanın “Valensiya” klubundan transfer olunub. O, London komandasında oynadığı 131 oyunda 32 qol vurub.
Modern.az