Son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-«Qaynar xətt»inə daxil olan müraciətlər kəskin şəkildə azalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, cari ilin yanvar ayında vətəndaşlar tərəfindən 142-«Qaynar xətt»ə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib. Əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub.