Modern.az

Qazaxıstan səfiri Bakı Dövlət Universitetində olub

Qazaxıstan səfiri Bakı Dövlət Universitetində olub

Təhsil

18 Fevral 2014, 15:19

Qazaxstanın ölkəmizdəki səfiri Amangəldi Jumabayev  Bakı Dövlət Universitetində olub. Modern.az-ın məlumatına görə, qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov ona universitet haqqında məlumat verib, beynəlxalq əlaqələrindən və üzvü olduğu təşkilatlarla işbirliyindən danışıb. Görüşdə Bakı Dövlət Universiteti ilə Qazaxstan universitetlərinin əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Qazaxstan Məclis sədrinin Bakı Dövlət Universitetinə səfəri məsələsini də müzakirə ediblər.

 

 
Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı