Saatlı və İmişli rayonları arasındakı Sarısu gölü ətrafında vəziyyət pisləşməyə doğru gedir.
Saatlıdan olan deputat Gülhüseyn Əhmədovun Modern.az- saytına verdiyi məlumata görə, gölün ətrafındakı bənd bir neçə yerdən dağılıb, vəziyyət çox çətinləşib, bəndi bərpa etmək heç cür mümkün olmur: “Arıtq Sarısuyun dağılan hissəsindən bəndatma işlərinə cəlb edilən hərbçilər çıxarılırlar. Yerli əhali panika içərisində nə edəcəyini bilmir. Sel suları kəndləri bir-birinin ardınsa basmaqda davam edir. Kəndləri tərk edən sakinlər digər ərazilərdəki məktəblərdə, qohumlarıgildə məskunlaşırlar. Uşaq, qoca, mal-qara bir-birnə qarışıb, elə bil müharıbə vəziyyətidir. Bir sözlə vəziyyət çox acınacaqlıdır”. Saatlı rayonunun Nərimankənd, Musalı, Dəllər və Novruzlu kəndlərinin əhalisi köçürülür. Sarısu gölündən Dəllər kəndi istiqamətində su axını sürətli olduğundan ora gedişə məhdudiyyət qoyulub
Gülhüseyn Əhmədov deyib ki, indi təhlükə Sabirabadın mərkəzini və Saatlının digər kəndlərini təhdid edir. İmişli rayonu ərazisində Arazın yeni qolunun açılması işi davam etdirilir. İmişli rayonunda da əhalinin panikada olduğuna dair məlumatlar var. Yerli sakinlərin saytımıza verdikləri məlumata görə, rayonda olan rəsmi şəxslər Bakıya düzgün məlumat vermirlər.
Modern.az