Modern.az

Bakıda Lombard sahibi özünü 7-ci mərtəbədən ataraq intihar edib

Bakıda Lombard sahibi özünü 7-ci mərtəbədən ataraq intihar edib

Təhsil

21 Fevral 2014, 13:32


Bakıda 46 yaşlı kişi özünü  çoxmərtəbəli binadan ataraq intihar edib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əsəd Əhmədov küçəsi 22 a ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elşən Azər oğlu Salayev yaşadığı binanın yeddinci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.

Qeyd edək ki, E. Salayev Lombard sahibi imiş.

Modern.az


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı