Modern.az

Bakıda “TransCaspian 2010” sərgisi açılır

Bakıda “TransCaspian 2010” sərgisi açılır

Təhsil

25 May 2010, 16:16

st1:*{behavior:url(#ieooui) }

 

Modern.az xəbər verir ki, mayın 25-də “Trend” İnformasiya Agentliyinin konfrans zalında 9-cu Beynəlxalq Nəqliyyat ,Tranzit və Loqostika sərgisi ilə bağlı tədbir keçirilib . “İtesa Kaspian” şirkətin numayəndəsi Mehriban Baxşıyeva bildirib ki, iyunun 1-dən 4-nə kimi Bakıda 9-cu Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2010” sərgisi yeni “Bakı Ekspo” sərgi və toplantı mərkəzində keçiriləcək. Bütün beynəlxalq standartlara cavab verən yeni kompleksdə keçiriləcək sərgi, nəqliyyat sahəsinin geniş mütəxəssis dairələrinə müasir yükdaşıma texnologiyalarını təqdim etməyə imkan verəcək və həmçinin işgüzar mühit və təcrübə mübadiləsi üçün əlverişli şərait yaradacaq.

Sərgidə Azərbaycan, Böyük Britaniya, Almaniya, Litva, Polşa, Rusiya, Türkiyə və Ukraynadan olan 43 şirkət iştirak edəcək. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə ənənəvi olaraq Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və həmçinin Azərbaycan Dövlət Dəmir Yolu, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, «AvtoNəqliyyatServis» və «AzerYolServis» kimi strukturlar iştirak edəcəklər.

Sərgi yol nəqliyyatı, neftdaşıma boru kəmərləri, gəmiqayırma, ekspeditorlar daşıyıcılar, dəniz nəqliyyatı, loqistika, dəmir yolu avadanlığı, gömrük xidmətləri, yüklərin sığortalanması, yükləmə-boşaltma avadanlığı nümayiş etdiriləcək. Bundan başqa, sərgidə metropoliten və dəmir yolu qatarları üçün sərnişin vaqonlarının ekspozisiyası təqdim olunacaq. Yeni paytaxt dəniz limanının inşa edilməsi ilə bağlı, sərgidə Azərbaycanda ilk dəfə olaraq limanlar üçün müasir avadanlıq təqdim edən şirkətlər də iştirak edəcəklər. 2010-cu il sərgilərinin tərəfdaşları qismində “Pasha Sigorta”, “Azerfon”-“Vodafone”, “Caspel”, “Qafqaz Point Hotel” və “SIAR” şirkətləri çıxış edirlər. Mail Ağaxanov

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı