Modern.az

Beynəlxalq Qırmızı Xaç erməni təxribatçısının durumunu diqqətdə saxlayır

Beynəlxalq Qırmızı Xaç erməni təxribatçısının durumunu diqqətdə saxlayır

Təhsil

25 Fevral 2014, 10:56


“Qırmızı Xaç Komitəsi (BQXK) erməni vətəndaşı Mamiko Xocayan Tovuz rayonunun Ermənistanla sərhəddində tutulandan bəri ona bir dəfə, fevralın 3-də baş çəkib. Hazırda tərəflərlə dialoq davam edir. Azərbaycanda saxlanıldığı müddətdə Komitə əməkdaşları onunla mütəmadi olaraq görüşəcəklər”.

Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.

Qeyd edək ki, Müdafiə Nazirliyi erməni diversiya qrupuna bələdçilik edən Mamiko Xocayanın Ermənistan təhlükəsizlik orqanlarının əməkdaşı olduğunu bildirib. 

Gülşən Raufqızı  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı