Modern.az

Serj Sərkisyan Azərbaycanı təhdid edib

Serj Sərkisyan Azərbaycanı təhdid edib

Təhsil

26 May 2010, 11:54

“Ermənistan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli  prosesinə müdaxilə etməsinə izin verməyəcək”. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Brüsseldə səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan NATO-nun baş katibi Andres foq Rasmussenlə keçirdyi birgə mətbuat konfransında bildirib. Erməni lideri Türkiyənin iki ölkə arasındakı münasibətlərin normallaşması prosesinin dalana dirənməsi üçün səylər göstərməkdə ittiham edib. Onun sözlərinə görə, Türkiyə prosesin uğursuzluğa düçar olması üçün əlindən gələni edib.

Sərksyian NATO baş katibi ilə söhbətdə Azərbaycanı təhdid etməkdən çəkinməyib. O, “demokratik” nəzarət altında   “şəffaf və peşəkar erməni ordusunun” "müharibə meydanlarında doğulduğunu",  bu ordunun  "Ermənistandan 10 qat böyük ölkələrlə də döyüşə biləcəyini" deyib.

NATO –nun baş katibi alyansın Qarabağ münaqişəsinin həllində rol əldə etmək axtarışında olmadığını deyib. O, münaqişənin dinc vasitələrlə Minsk qrupu çərçivəsində həlli  prosesinə dəstək verdiklərini deyib. Rasmussen Azərbaycan və Ermənistan arasında hərbi münaqişə baş qaldırarsa, NATO-nun güc tətbiq edərək bu prosesə müdaxilə etməsinin gözlənilməməsi vacibliyini bildirib.

“NATO münaqişə ilə məşğul olmur. Bizim münaqişə tərəfləri ilə müttəfiqlik münasibətlərimiz var. Müttəfiqlərimizi münaqişənin sülh yolu ilə həllini tapmağa çağırırıq. Lakin mən NATO-nun münaqişəyə hərbi müdaxilə etmək imkanlarını görmürəm”.

Anders foq Rasmussen ümid etdiyini bildirib ki, vasitəçilərin səyləri yaxın vaxtlarda nəticə verəcək, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə görüşlər isə davam etdiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı