Fransa prezidenti Nikola Sarkozi Bove şəhərində yerli kolleclərdən birinə baş çəkib və xoşagəlməz insidentlə rastlaşıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezident məktəblərdə son vaxtlar sürəkli hal almış dərsburaxmalar və zorakılıqlarla tanış olmağa gəlib. Fransa telekanallarının kadrlarından görünür ki, Sarkozi kollecdə “sıcaq” qarşılanıb. Sarkozi sevinc içində olan şagirdlərə əl verərək onlarla görüşüb. Lakin görüşün ilk dəqiqəsi başa çatmamış şagirdlərin arasından prezidentə plastmas butulka atılıb. Butulka Sarkozinin çiynindən keçərək arxadakı cangüdənə dəyib. Havada uçan boş butulkaya baxan prezident şagirdlərlə ünsiyyətini davam etdirib. Prezident baş verənləri şərh etməyib. Məktəbin “zavuçu” isə butulka atanı 500 nəfərin içində axtarıb tapmağın həddən artıq problemli olduğunu deyib.