Modern.az

Təhsil Nazirliyi universitetlərin Bakıdan köçürülməsinə aydınlıq gətirdi

Təhsil Nazirliyi universitetlərin Bakıdan köçürülməsinə aydınlıq gətirdi

Təhsil

5 Mart 2014, 10:51


Paytaxtda yerləşən ali təhsil müəssisələrinin Bakıdan kənarda yaradılacaq tələbə şəhərciyinə köçürülməsi ilə bağlı fikirlər bir-iki əvvəldən səsləndirilirdi. Buna səbəb paytaxtda olan sıxlığın aradan qaldırılmasına xidmət edəcəyi bildirilirdi. Bir müddət öncə bu layihə yenidən gündəmə gətirildi və qeyd edildi ki, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti paytaxtdan kənara çıxarılacaq. Universitetlərin yerləşəcəyi yeni ünvan isə Sumqayıt şəhəri və Xırdalan istiqamətində olacaq.

Modern.az-ın müvafiq sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. “Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq”.

 

Aytən ƏLİYEVA  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı