2013-cü ildə Azərbaycanda 411.211 nəfər ümumvətəndaş pasportu, o cümlədən 114.943 nəfər yeni nəsil pasportla, habelə 1.151.765 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Modern.az xəbər verir ki, bu faktlar Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda yer alıb. Hesabatda qeyd edilir ki, hökumətin 8 oktyabr 2009-cu il tarixli 266s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Terrorçuluq barədə bilə-bilə yalabn məlumatların yayılması halları qarşısının alınmasına dair Kompleks Tədbirlər Planı”nın aidiyyəti müddəalarının yerinə yetirilməsi tədbirlərinin icrası da davamlı olub.
Ötən il qanunsuz dini təbliğatla məşğul olan 88 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb, habelə istehsalına və idxalına müvafiq icra orqanın razılığı alınmamış 1817 ədəd dini ədəbiyyat, 654 broşüra və 1288 ədəd kompakt disk aşkarlanıb götürülüb.