
“Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmdə deyil. Düşünmürəm ki, Türkiyə Azərbaycanın işğal olunmuş torpaqları geri qaytarılmayana qədər sərhədləri açsın”.
Bunu
Modern.az-a Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib. O qeyd edib ki, Amerika və Qərb başda olmaqla bir sıra Avropa dövlətləri Türkiyəyə təzyiq etsələr də, ortada türk xalqının iradəsi var: “Xalqın iradəsinə zidd olan hansısa addımın atılması Türkiyədə çox böyük kataklizmlərə gətirib çıxara bilər. Söhbət indiki iqtidarın verdiyi sözün üstündə durmasından yox, türk xalqının iradəsindən gedir. Ona görə də Türkiyədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, nə qədər ki, işğala son qoyulmayıb sərhədlər açıla bilməz”.
Deputat sərhədlərin 2014-cü ildə açılması ilə bağlı iddiaları rədd edib.
İlkin PİRƏLİ