Modern.az

2013-cü ildə 34,8 ton yararsız ərzaq məhv edilib - HESABAT

2013-cü ildə 34,8 ton yararsız ərzaq məhv edilib - HESABAT

Təhsil

5 Mart 2014, 12:32

Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunur ki, 2013-cü ildə ümumilikdə 34,8 ton müxtəlif növ istehlak üçün yararsız ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Modern.az-ın məlumatına görə, hesabatda deyilir ki, ötən il aparılan nəzarət tədbirlərinin sayının əvvəlki illə müqayisədə 7,73 faiz (və ya 182 yoxlama) artıb, satışda aşkar edilən istehlak üçün yararsız ərzaq və qeyri-ərzaq mallarının həcmi 20,0 faiz (və ya 8,7 ton) azalıb. Əvvəlki ildə aparılan yoxlamaların 95,6 faizində nöqsan aşkar edilmişdirsə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ərzində 88,9 faiz olub.

Süni qiymət artımının qarşısının alınması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə Novruz bayramı ilə əlaqədar – 8, Qurban bayramı ilə əlaqədar – 23, Yeni il ilə əlaqədar – 8 müxtəlif yerdə bazarla müqayisədə daha ucuz qiymətə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunub. Qeyd edək ki, martın 14-də Milli Məclisdə hökumətin hesabatı dinləniləcək.  

Rafiq Qənbərov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı