Modern.az

"Qarabağda müharibə hələ lazım deyil"-ŞƏRH

"Qarabağda müharibə hələ lazım deyil"-ŞƏRH

Təhsil

5 Mart 2014, 12:51


Bəzi iddialara görə Krımda yaranmış gərginlik Azərbaycan üçün Qarabağ probleminin həllinə tarixi fürsət yaradıb. Azərbaycan Krım kartından  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hərb və ya sülh danışıqlarında necə istifadə edəcəyi isə sual altındadır.

Bu barədə Modern.az saytına danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Qarabağ probleminin sırf Azərbaycanın iradəsindən asılı olan həllinə geosiyasi şərait yaranmayıb. Onun sözlərinə görə Azərbaycanın antiterror əməliyyatlar adı altında hərbi əməliyyatlara başlaması üçün vaxt yetişməyib. “ABŞ və digər güclər Azərbaycanın antiterror əməliyyatlarına müsbət baxmırlar. Bütün dünyanı bu məsələyə razı salıb, Rusiyanın bir az da zəifləməsini, beynəlxalq aləmdən təcrid olunmasını gözləmək lazımdır”-deyə keçmiş dövlət müşaviri bildirib. Q. Hüseynli vurğulayıb ki, dünyada geosiyasi mənzərə sürətlə yenidən formalaşdırmağından Qarabağ probleminin həllindən danışmaq hələ tezdir. Politoloqun fikrincə, bütün bu proseslərin gedişində Çin və Qərb dünyasında Rusiyanın oyundan kənarlaşdırılması planları var. “Zənn edirəm ki, Qarabağ probleminin həllində başlıca maneə Rusiyadır. Azərbaycan isə Rusiyanı nə maliyyə, nə də siyasətlə ələ ala bilməyib. Biz dünyada gedən geosiyasi prosesləri gözləməliyik. Ən azından Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləməlidir. Buna perspektivdə ümidlə baxmaq mümkündür. Qərbin Rusiyaya qarşı sanksiyaları Moskvanı xeyli zəiflədə bilər. Amma geosiyasi proseslərin məntiqi inkişafı hələ başa çatmayıb. Gedən proseslər isə hələ ki, Azərbaycanın xeyrinədir”. Analitik bildirib ki, Azərbaycan Qarabağ müharibəsini başlamağa tələsməməlidir. Rusiyanın zəifləməsi fonunda aparılacaq sülh danışıqlarını şərh edən Q. Hüseynli qeyd edib ki, bu zaman Ermənistanın qeyri-konstruktivliyi azalacaq. “Azərbaycan sülh danışıqlarını əldə rəhbər tutaraq müzakirələri davam etdirməliyik. Ancaq ordunun qüvvətləndirilməsi və təkmilləşməsi prosesi də sürətləndirilməlidir”.

 Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı