Modern.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunur ki, 2013-cü ildə vətəndaşlar tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “qaynar xətt”inə 1600-dən çox zəng daxil olub. 30%-dən artıq müraciətin müsbət həll olunması təmin edilən, zərurib qabaqlayıcı tədbirlər həyata keçirilmiş və 26 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmin cinayət işlərinin bir qismi üzrə ibtidai istintaq yekunlaşdıraraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib, digərləri üzrə isə istintaq davam etdirilir.
Qeyd edək ki, martın 14-də Milli Məclisdə hökumətin hesabatı dinləniləcək
Rafiq Qənbərov