Aparılan təhlillər və müşahidələr göstərir ki, son illər Azərbaycanda radikal dini qruplar şəhərətrafı qəsəbələrdə yerləşən və əhali tərəfindən az istifadə olunan, eləcə də rəsmi din xadimi təyin edilməmiş məscidlərdə nüfuz ediblər.
Modern.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü il üzrə Milli Məclisə təqdim etdiyi hesabatında bildirilib.
Hesabata görə, radikal dini qruplar həmin ibadət evlərini öz nəzarətləri altına salmaq, mütəmadi olaraq həftənin müəyyən günlərində bu məscidlərdə dini söhbətlər yolu təbliğatlarını qurmaq istiqamətində iş aparıb.
Belə dini qrupların üzvləri Bakı, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt və Zaqatalada bir sıra məscidə nüfuz etməyə cəhd göstəriblər.
Həmin məscidlərdə yaranmış vəziyyəti, radikal qruplara qarşı həyata keçirilən tədbirlərin dövlətin dindarlarla münaqişəsi kimi qələmə verilməməsi üçün ehtiyatlı, lakin qəti addımların atılmasının zəruriliyi nəzərə alınaraq aidiyyəti qurumlarla birgə lazımı tədbirlər həyata keçirilib.
Modern.az