Modern.az

Zəlimxan Yaqub müalicə üçün Almaniyaya gedib

Zəlimxan Yaqub müalicə üçün Almaniyaya gedib

Təhsil

5 Mart 2014, 13:46


Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub səhhətindəki ciddi problemlər hələ də qalmaqdadır. Ailə üzvlərinin Modern.az-a verdiyi məlumata görə, xalq şairi Almaniyaya gedib.
“Səhhəti normaldır. Amma böyrək köçürülməsi gözlənilmir. Hazırda Almaniyaya müayinəyə gedib. Bir həftəyə kimi geri dönəcək”.

Qeyd edək ki, 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirən və hər iki böyrəyi çıxarılan xalq şairinin bütün müalicə xərcləri dövlət tərəfindən ödənilir.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!