Modern.az

Türkiyənin milliyətçi partiya üzvü Yerevanda səfərdə olub

Türkiyənin milliyətçi partiya üzvü Yerevanda səfərdə olub

Təhsil

5 Mart 2014, 15:40


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü, tarixçi Hasan Oktay bu yaxınlarda Ermənistanda səfərdə olub. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, onun səfəri Türkiyə millətçilərinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının mümkünlüyü ilə bağlı bütün zəruri inkişaf ssenarilərinə hazırlıq kimi dəyərləndirilib. Bu gün keçirilən mətbuat konfransında türkoloq Muşeq Xudaverdiyan isə deyib ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması istiqamətində irəliləyiş Türkiyə hökuməti bu məsələni öz məqsədləri üçün istifadə etdiyindən mümkün deyil. Ekspert qeyd edib ki, MHP ona görə yaradılıb ki, Türkiyədəki millətçi qruplaşmalar hakimiyyətin nəzarətində olsun və ölkənin xarici siyasətində bu qüvvədən istifadə edilir.

Qeyd edək ki, Hasan Oktay Yerevanda Ermənistanın baş naziri, bütün ermənilərin katolikosu ilə görüşüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı