Modern.az

Krımdakı 10 minlik diasporun rəhbəri: “Yarımada hərbi poliqona bənzəyir”

Krımdakı 10 minlik diasporun rəhbəri: “Yarımada hərbi poliqona bənzəyir”

Təhsil

5 Mart 2014, 17:53

“Krımda vəziyyət gərgin olaraq qalır”. Bu sözləri Modern.az-a Krımdakı Azərbaycan diasporunun sədri Rəhim Hümbətov deyib. Onun sözlərinə görə, bu gün səhər Ukraynanın “Saqaydaçnıy” kreyseri Bosfor boğazından Krımın Qara dəniz sularına daxil olub.

“Bundan başqa, Krım Muxtar Respublikasının mühüm strateji obyektləri – parlamenti, məhkəməsi, polis idarələri tanınma nişanları olmayan silahlı əsgərlərlə əhatəyə alınıb. Həmin yerlərdə Rusiyanın bayraqları asılıb. Şimferopolda rus hərbi maşınları, avtomobilləri hər addımda görünür. Şəhər hərbi bazaya bənzəyir. İnsanlar təşviş içərisindədir, gündəlik tələbat mallarının qiymətləri, benzinin qiyməti artıb”.

R. Hümbətovun sözlərinə görə, Krım Radasındakı 100 deputatdan 10 nəfəri müxalif yönümlüdür. “Krım Parlamentinin təyin etdiyi yeni baş nazirin hansı addımları atacağı  xalqa məlum deyil. Krımda 10 minə yaxın azərbaycanlı yaşayır. Bir çox azərbaycanlılar da Krımı Ukraynanın tərkibində görürlər. Krım tatarlarını isə Türkiyədən Əhməd Davudoğlunun verdiyi dəstək xeyli ruhlandırıb”.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı