Modern.az

Türkiyə Quru Qoşunları komandanı Azərbaycana gəlib

Türkiyə Quru Qoşunları komandanı Azərbaycana gəlib

Təhsil

10 Mart 2014, 16:42


Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Modern.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəsmi səfəri martın 12-dək davam edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...