Modern.az

Krımdakı Azərbaycan diasporunun rəhbəri rəsmi Bakıdan gileyləndi

Krımdakı Azərbaycan diasporunun rəhbəri rəsmi Bakıdan gileyləndi

Təhsil

10 Mart 2014, 19:44

“Azərbaycan hökumətnin Krımda 10 minədək azərbaycanlının taleyinə lageydlik nümayiş etdirməsinin şahidi olduğumuzu qeyd etmək məcburiyyətindəyik”.
Modern.az xəbər verir ki, bunu Krımdakı Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov bildirib.
”Bu günədək Azərbaycan rəsmilərindən Krım azərbaycanlıları ilə bağlı heç bir bəyanat eşitmədik.
Qeyd edək ki, söhbət Azərbaycan maraqları uğrunda döyüşlərin ön saralarında gedən, türk dünyası üçün çox önəmli, mühüm və vacib, dünyada analoqu olmayan işlər görmüş bir diaspordan gedir.
Yalnız bir faktı - dunyada ilk dəfə olaraq, erməni lobbisinin Ukraynada qəbul etdirdiyi "soyqırımı" haqqında qəbul olunmuş qərarın ləğv olunmasını gətirsək, zənnimizcə, görülən işlərin miqyası bəlli olar. Yaxud azərbaycanlıları təhqir etmiş Ukrayna parlamentinin deputatını azərbaycanlılardan üzr istəməyə məcbur etmək faktını...
Təbii olaraq belə bir sual çıxır qarşıya: Dövlətin bizlərə belə münasibəti dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılarda vətənpərvərlik hissinin yüksəlməsinə gətirər, yoxsa nəyə...?!
Azərbaycan partiyaları, ictimai təşkilatları və s. və d. qurumları da o cümlədən…”-deyə diaspor təşkilatının rəbəri giley-güzar edib.


Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı