Modern.az

“Putini yalnız nüvə silahı dayandıra bilər” - MÜSAHİBƏ

“Putini yalnız nüvə silahı dayandıra bilər” - MÜSAHİBƏ

Təhsil

10 Mart 2014, 19:51

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə Ukraynada baş verən son hadisələrlə bağlı müsahibə verib. Modern.az onu təqdim edir:
 
- Qüdrət bəy, Ukrayna ətrafındakı son vəziyyəti necə qiymətləndirirsiniz ?

-
ABS və Böyük Britaniya Ukraynaya xəyanət etdi. Ölkələrinin ləyaqətini alçaltmış hər iki ölkənin, dövlət adamı adına utanc olan, başqanları Putinin qarşısında nə edəcəyini bilməyən çarəsiz uşaqlara bənzəyirlər. Anoloji vəziyyətdə Ukraynanın yeni oyuncaq rəhbərləri də görsənir. Onlar Obama və Kemerondan  öhdəliklərini yerinə yetirməyi belə, tələb edə bilmirlər. O ki, qalsın xalqı müdafiə üçün səfərbər etmək. Çünki Qərbin dəstəyi ilə hakimiyyətə gəliblər. Qərb də onların müqavimət göstərməsini istəmir. Çünki bu halda müharibəyə qatılmaq zorunda qalacaqlar. İnqlabçıların hakimiyyət ehtirası 46 milyonluq ölkəni tam müdafiəsiz bir hala gətirib.

- Bəs, bu vəziyyətdən  çıxış yolu varmı ?

-Ukrayna xalqı ərazi bütövlüyü üçün vuruşmalıdır. Xalq öhdəliyini yerinə yetirməyən ABŞ və Böyük Britaniyadan tələb etməlidir ki, nüvə silahlarını öz ehtiyatları hesabına geri qaytarsın. Putini yalnız nüvə silahı dayandıra bilər.

- Bu mümkündürmü ?

- Belə görünür ki, xalq da vuruşmaq istəmir. Onlar Maydana yaxşı həyat və hakimiyyət üçün yıgısıblarmış. Onlar vuruşsaydılar, bizdən fərqli olaraq Qərb onlara kömək etmək məcburiyyətində qalacaqdı.
Kırımın işğalı dünyada təhlükəsizliyə necə təsir edəcək. Nüvə silahı sürətlə yayılacaq. Beynəlxalq öhdəliklərin və hüququn boş şey oldugu bir daha təsdiqini tapdı. Bundan sonra İrandan heç kim tələb edə bilməz ki, nüvə silahı yaratma. Belə tələbdə bulunmaq üçün isə son dərəcə utanmaz olmaq  lazımdır. Qardaş Türkiyə də bu barədə təcili qərarlar qəbul etməlidir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı