Modern.az

Məşhur “Ergenekon”çuları azad etdilər, Vəli Kiçiki həbsdə saxladılar

Məşhur “Ergenekon”çuları azad etdilər, Vəli Kiçiki həbsdə saxladılar

Education

10 Mart 2014, 22:10


Martın 10-da Türkiyənin məşhur “Ergenekon” olayı ilə bağlı həbs edilən bəzi məhkumlar ard-arda azadlığa buraxılıb. Modern.az saytı CNNTürk-ə istinadən xəbər verir ki, İstanbul Ağır Ceza Məhkəməsinin qərarı ilə “Ergenekon” olayına görə 2007-ci ildən bəri həbsdə saxlanılan aşağıdakı şəxslər bu gün azadlığa çıxıb:

İbrahim Şahin ,
Dursun Çiçək,
Kamal Kerinçsiz,
Sədat Peker,
Levent Göktaş,
Tuncay Özkan,
Yalçın Kiçik,
Mehmet Əli Çələbi,
Həsən İğsız,
Şənər Eruygur,
Mərdan Yanardağ
Ələddin Sevim,
Doğu Perinçek,
Alparslan Arslan,
Oktay Yıldırım,
Levent Ersöz,
Müzəffər Təkin,
Atilla Uğur.

Lakin “Ergenekon” olayına görə bəraət alsalar da, Alparslan Arslan və Dursun Çiçək başqa cinayət işi üzrə aldıqları cəzayla əlaqədar həbsxanadan buraxılmayıblar.

“Ergenekon” olayı ilə bağlı həbs edilənlərdən ən məşhuru - general Vəli Kiçikin azadlığa çıxmaq istəyi isə rədd edilib. Onunla yanaşı Levent Ersöz, Bedri Gültekin, Serdar Öztürk, Hasan Ataman Yıldırım, Turhan Özlü və Erkan Önselin də azadlıq tələbi rədd edilib.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı