120-dən artıq ölkədə fəaliyyət göstərən və 90 mindən artıq üzvü olan AİESEC dünyanın ən böyük gənclər təşkilatıdır. Gənclərin liderlik bacarıqlarının inkişafı üçün platforma məqsədi daşıyan bu təşkilat gənclərə qlobal vətəndaş olmaq, təcrübə qazanmaq və günümüz üçün əhəmiyyət kəsb edən bir sıra bacarıqlara yiyələnmək imkanı verir.
Daha öncələr də “Youth to Business”, “T.E.W. Tourism Educational Week”, “AIESEC Academy” və bu kimi gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyən bir sıra uğurlu layihələr həyata keçirən AİESEC Azərbaycan mart ayında yeni məhsuldar bir layihə ilə gənclərin qarşısına çıxmağa hazırlaşır. “F.E.W.-Finance Educational Week”layihəsi Azərbaycanın 20-dən artıq ali təhsil müəssisəsindən ən yaxşı tələbələri seçmək və onları bu layihənin əməkdaşı olan şirkətlərin menecerləri tərəfindən keçiriləcək təlim və seminarlarla təmin etməyi hədəfləyir. Dövrümüzün acı həqiqətidir ki, bir çox maliyyə və mühasibat sahəsində təhsil alanlar belə pul və bank sistemindən xəbərsizdirlər. “Finance Educational Week” layihəsi gənc beyinləri maliyyə sahəsində dərin biliklərə yiyələndirmək və onları iqtisadiyyatın gerçəklikləri ilə tanış etmək məqsədilə yaradılmış innovativ bir layihədir. Günümüzdə iqtisadiyyat üzrə ixtisaslaşmış tələbələr praktiki nəzəriyyə və tacrübədən məhrumdurlar. Gələcək kariyera yolunu necə quracaqları barədə tərəddüt içindədirlər. F.E.W. Azərbaycan universitetlərinin istedadlı gənclərinə mühasibat sahəsində bacarıqlarını inkişaf etdirmək, onları praktiki nəzəriyyə ilə təchiz etmək və öz gələcək kariyera yolunu düzgün seçməkdə onlara kömək etmək məqsədi güdür. Təlim və seminarlar maliyyə və mühasibat sahəsində ixtisaslaşmış peşəkar məşqçilər tərəfindən dörd fərqli istiqamətdə; Vergi qanunvericiliyi, İPO, audit və minat, satış və marketinq bölmələrii üzrə keçiriləcək.Layihə mart ayının 15-i və 16-sında ADA universitetində həyata keçiriləcək. Sonda layihədə iştirak edən gənclər iştiraklarını təsdiqləyən sertifikatlarla təmin olunacaqlar. Əlavə olaraq, iştirakçıların CV-ləri toplanaraq tərəfdaş şirkətlərə göndəriləcək və beləliklə, gənclər yerli və xarici şirkətlər tərəfindən işə götürülmə şansı qazanacaqlar.
Qeydiyyat üçün son tarix: 12 mart
Qeydiyyat üçün ödəniş haqqı 25AZN-dir.
Qeydiyyat: //www.few2014.com/apply/
Ətraflı məlumat üçün: //www.few2014.com/