Görüş təklifi Rusiya prezidenti Vladimir Putindən gəlib.
Mustafa Cəmil Krımoğlu, ilk əvvəl Ukraynanın Moskvadakı səfiri ilə bir araya gələcəyini, daha sonra Tatarıstanın keçmiş prezidenti Mintemir Şaymiyev ilə görüşəcəyini ifadə etmişdir. Şaymiyev ilə görüşdə Krımdakı vəziyyətin həllinə dair məsələləri ələ alacaqlarını bildirən Krımoğlu, bu görüş əsnasında Şaymiyevden Putinin onunla hansı mövzuda görüşmək istədiyini öyrənəcəyini, daha sonra Putin ilə görüşüb görüşməyəcəyi qərarını verəcəyini bildirib.
“Əgər Krımdakı vəziyyətin sabitliyə qovuşması və problemin həlli üçün görüşəcəyiksə Putinə fikirlərimi deyə bilərəm. Amma Krımın Rusiyaya ilhaq edilməsi məsələsi müzakirə olunacaqsa bu mövzuda danışmayacağam. Bizim üçün Ukraynanın ərazi bütövlüyü əsasdır".
Modern.az