Modern.az saytının Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Səbail rayonunda “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Deformasiya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib.
Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.Modern.az