Modern.az

Sahil Ticarət Mərkəzi yanır- FOTOLAR - YENİLƏNİB

Sahil Ticarət Mərkəzi yanır- FOTOLAR - YENİLƏNİB

Təhsil

12 Mart 2014, 11:41

APA-nın məlumatına görə, "Sahil" ticarət mərkəzinin üçüncü mərtəbəsində yanğın qeydə alınıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar. 

“Sahil” metrosunun girişi və çıxışı bağlanıb. Yanğın 2 və 3-cü mərtəbələri də əhatə edir.  Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü alovun qarşısını almaq üçün tədbirlər görülür. 

Əraziyə təcili tibbi yardım maşınları da cəlb olunub. Xəsarət alanların olub-olmadığı məlum deyil. 

Bina sakinləri, “Sahil” Ticarət Mərkəzində çalışan şəxslər evakuasiya olunub. Yaxınlıqdakı binaların sakinləri də evakuasiya olunub. 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerinə gəlib. 

E. Mirzəyev açıqlamasında bildirib ki, hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Nazir müavini yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını vurğulayıb.

 



 

 

Modern.az
   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı